22.11.2024, 05:22
AZ EN
04.01.2024, 14:54 276

İnşaat sektorunda korrupsiya baş alıb gedir

XƏBƏRLƏR

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin cari ildəki ilk iclasını keçirib. "Hraparak"ın müxbiri xəbər yayıb ki, iclasda daha çox ötən il inşaat sahəsində görülən işlər barədə danışılıb. Baş nazir deyib ki, xüsusilə məktəb və onların nəzdindəki idman zallarının tikintisi zamanı kobud səhvlərə yol verilib. Bu isə məktəblilərin lazımi səviyyədə təhsil almasına  və fiziki sağlamlığına mənfi təsir göstərir. İclasda usta barədə geniş yayılmış lətifəni özünəxas təbəssümlə xatırladan N.Paşinyan şəhərsalma və arxitektura komitəsinin sədrini və daha bir yüksək vəzifəli şəxsi korrupsiyaya yol verdiklərinə görə işdən azad etməsini də açıqlayıb. Agentlik bildirib ki, hər iki şəxs N.Paşinyanın komandasının üzvüdür və vəzifəsini layiqincə yerinə yetirməyənlər bundan sonra da cəzalanacaqlar.

İclasda Qarabağdan köçən ermənilərə hökumətin qayğısından, Azərbaycanla sülh danışıqlarının gedişi barədə də danışılıb. Qeyd olunub ki, ölkədə iqtisadi tərəqqinin yolu sülhdən keçir.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR