25.12.2024, 17:01
AZ EN
28.08.2024, 16:13 253

Hakimiyyətlə kilsə arasındakı narazılıq səngimir

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Serop Maturyan Eçmiəzdindəki baş kilsənin təmiri ilə bağlı hakimiyyətlə kilsə rəhbərliyi arasında çoxdandır davam edən narazılığın daha da kəskinləşdiyini yenidən xatırladıb.

O, yazıb ki, sentyabrın 28-29-da sözügedən kilsənin "dirçəliş günü" ilə bağlı böyük tədbir keçirilməsi, həmin vaxtadək isə orada bərpa və yenidən qurma işləri aparmaq nəzərdə tutulsa da hakimiyyət verdiyi sözə əməl etməyərək vəsait qoyuluşundan imtina edib. Bu isə kilsə rəhbərliyinin kəskin narazılığına səbəb olub. Sözügedən tədbirə xarici ölkələrdən neçə  qonaq dəvət olunması da fikir ayrılığı yaradıb. Keşişlər bunun da səbəbini baş nazir Nikol Paşinyanın dinə soyuq münasibət göstərməsi ilə əlaqələndirirlər. Bildirirlər ki, keşiş Bağratın mitinqlərə ara verməməsi və keşişlərin çoxunun onu dəstəkləməsi hakimiyyətin belə addım atmasında bəhanəyə çevrilib.

Nəsib Qaramanlı

Oxşar xəbərlər