25.04.2025, 16:48
AZ EN
15.07.2024, 11:24 323

Paşinyan həm də futbol azarkeşidir

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü yayımında xəbər verilir ki, baş nazir Nikol Paşinyan iyulun 14-də həyat yoldaşı Anna Hakopyan və kiçik qızı Arpi ilə birlikdə Almaniyanın Berlin şəhərindəki olimpiya idman kompleksində 2024-cü ilin Avropa birinciliyi uğrunda İspaniya-İngiltərə yığmasının oyununa baxıb.

İspanyalıların 2-1 hesabı ilə qalib gəldiyi həmin oyunda erməni baş nazirin kimin azarkeşi olduğu barədə suala məhz erməni bicliyi ilə - "ikisinin də azarkeşiyəm",- deyə cavab verib. Xəbəri yayan müxbir Karen Martirosyan onu da bildirib ki, baş nazir həm də velosiped  və "Tik Tok"azarkeşidir. O, əlavə edib ki, baş nazir vəzifəsindən sui-istifadə edərək ailə üzvlərini də hökumətin vəsaiti ilə gəzintiyə çıxarır.

Nəsib Qaramanlı

Oxşar xəbərlər