04.05.2025, 07:31
AZ EN
13.01.2025, 13:32 258

Qəbristanlıqdakı əklilləri oğurlayıblar

XƏBƏRLƏR
  • Ermənilərin qeyri-insani hərəkətləri sırasına yeniləri də daxil olub.

"Hraparak"ın bu günkü paylaşımında "Həlak olmuş əsgərlərin qəbristanlığında gülləri oğurlayan iki nəfər həbs edilib" başlıqlı yazıda göstərilir ki, yanvarın 2-də  İrəvandakı "Yerablur" əsgər qəbristanlığındakı gülləri, əklillərin oğurlayaq şəhərin mərkəzində 500-1000 drama satıblar. Yanvarın 4-də isə istintaq komitəsinin baş hərbi istintaq idarəsinin əməkdaşları tərəfindən  mütəşəkkil qrupun iki üzvü həbs edilib və hazırda cinayət məcəlləsinin müvafiq maddələri ilə istintaq prosesi davam edir. Tutulan haylar barədə isə hələlik  2 aylıq həbs qəti imkan tədbiri keçirilib.

Xatırladaq ki, qəbristanlıqdan gül, əklil oğurlayıb satmaq hayların milli mentalitetinə hələ sovet dönəmində daxil olub.

N.Qaramanlı

Oxşar xəbərlər