Ermənistan parlamentinin bu günkü iclası da sakit keçməyib. Müxalif deputatlar yenə də Paşinyanın sonuncu mətbuat konfransında səsləndirdiyi fikirlər barədə müxtəlif sərsəm təkliflər irəli sürüblər. Onlar baş naziri Qarabağdakı separatçıları dəstəkləməməkdə, xalqa xəyanət etməkdə ittiham ediblər. Mamiconyanın sözləri isə daha sərt olduğuna görə hakim partiyanın deputatı Hovik Ağazaryan tərəfindən kəskin əks-sədaya səbəb olub. O, deyib ki, iki müxalif bloksunuz, "arsaxın müstəqilliyini" səsə qoydurun, görək kim "hə" deyəcək", - deyə heç kəsin reallığı bilə-bilə isterika səs verməyəcəyini vurğulayıb. Hakim partiyanın deputatlarının reallığı qəbul edib, Azərbaycanın ərazi bütövlüyünü tanımasını bildirmələri ermənilərin "Qarabağ" klanının hiddətinə səbəb olub və onlar yeni aksiyalar keçirməkdə israrlıdırlar.
Nəsib