18.10.2024, 22:25
AZ EN
14.09.2023, 14:53 290

"Qütb" Paşinyanın istefasını tələb edir

XƏBƏRLƏR

Radikal milli demokratik Qütb təşkilatının rəhbərlərindən olan Jirayr Səfilyan bu gün mətbuat konfransı keçirib. O, deyib ki, təmsil etdiyi qurum sentyabrın 20-də izdihamlı mitinq keçirməkdə və orada Nikol Paşinyanın istefasını tələb etməkdə israrlıdır. "Bu istefa bizim ölkəmiz, xalqımız üçün bir sıra yeniliklərlə müşayiət olunacaq. Biz məqsədimizə çatanadək "Azadlıq" meydanında oturaq aksiya keçirəcəyik. Biz aksiyadan qələbə gözləyirik. Hakimiyyətdəkilər isə uğursuzluğa düçar olacaqlar", - deyə o, əlavə edib.

Xatırladaq ki, bu cinayətkar və komandası 44 günlük müharibədən sonra ən azı 3 aydan bir yuxarıda qeyd olunan tələbləri irəli sürür. Sosial bazası lap az olan bu təşkilat müxalifət düşərgəsində anti-rusiya və qeyri-ciddi qurum kimi tanınır.

N.Qaramanlı

Oxşar xəbərlər