16.12.2025, 20:05
AZ EN
04.12.2025, 09:26 208

Ohanyan ölkədən çıxa bilər

XƏBƏRLƏR
  • Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edilib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, dünən İrəvanda keçirilən məhkəmə iclasında keçmiş nazirin vəkillərinin bununla bağlı təqdim etdiyi vəsatət təmin olunub. Ermənistan Respublikası Baş Prokurorluğunda qaldırılmış cinayət işi üzrə "2008-ci il 1 Mart hadisələri"nə görə ittiham isə qüvvəsində qalır. Belə ki, Seyran Ohanyan digər üç nəfərlə - keçmiş prezident Robert Köçəryan, sabiq müdafiə naziri Mikael Arutyunyan və Müdafiə Nazirliyinin korpus komandiri olmuş Yuri Xaçaturovla birlikdə həmin cinayət işi üzrə istintaq olunur.

Xatırladaq ki, 2008-ci il fevralın 19-da Ermənistanda keçirilən prezident seçkilərində Robert Köçəryanın namizədi Sərkisyan "qalib" elan olunub. Müxalifət isə saxtalaşdırılmış seçkilərin nəticələrini tanımayıb və kütləvi etiraz aksiyalar keçirib. Martın 1-də polis mitinqi zor gücü ilə dağıdıb, toqquşmalar nəticəsində 10 nəfər ölüb. Hazırkı Baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən sonra həmin hadisələr yenidən istintaq olunub və bu işdə günahkar olan 4 nəfər vəzifəli şəxsə - Robert Köçəryan, Mikael Arutyunyan, Seyran Ohanyan və Yuri Xaçaturova qarşı cinayət işi açılıb.

Yeri gəlmişkən, Ohanyan həm də 2010-2015-ci illərdə Göyçə rayonunda 10,5 min kvadratmetr torpaq sahəsini qanunsuz mənimsəməkdə günahlandırılır. Sözügedən ərazidə eks-nazir malikanə tikib.

Elxan SALAHOV

Oxşar xəbərlər