Hayastan mətbuatında günortaya yaxın xəbər yayılıb ki, xüsusi təyinatlı maskalı polislər Gümrü şəhərinin küçələrində bütün maşınları, bəzən isə həm də piyadaları saxlayaraq yoxlayırlar. Səbəbini soruşduqda isə "işimizdir", - deyə əlavə heç nə soruşmamağı tapşırırlar. Onların işini müşahidə aparan bir sakinsə bildirib ki, Paşinyan bazar günü - fevralın 26-da Gümrü küçələrində gəzintiyə çıxdığı zaman nəsə itirib onu tapmaq üçün reyd keçirilir.
"Hraparak"ın müxbiri baş polis idarəsinə müraciət edərək açıqlama xahiş etsə də ona "reyd keçirilir" sözündən başqa heç nə deməyiblər.
Sakinlər isə müxtəlif şayiələr eşitməkdən bezdiklərini dilə gətiriblər.
Nəsib