01.12.2024, 21:11
AZ EN
05.11.2024, 11:59 224

Aİ nümayəndə heyəti Ermənistana səfər edib

XƏBƏRLƏR
  • Avropa İttifaqının nümayəndə heyəti Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlar proqramını hazırlamaq üçün İrəvana səfər edib.

Ermənistan KİV xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib.

“Avropa İttifaqının nümayəndə heyəti müvafiq danışıqlar proqramını hazırlamaq üçün İrəvandadır”, - o bildirib.

P.Hovhannisyan qeyd edib ki, Ermənistan-Avropa İttifaqının yeni tərəfdaşlıq gündəliyi layihəsi üzərində işlər tamamlanmaq üzrədir. (Report)

Oxşar xəbərlər