12.07.2025, 04:33
AZ EN
15.08.2023, 13:49 523

Ermənistan ordusunda rüşvət baş alıb gedir

XƏBƏRLƏR

"Hraparak"ın bu günkü sayında "Müdafiə nazirliyində vəzifəli şəxs həbs olunub" başlıqlı məqalədə göstərilir ki, korrupsiyaya qarşı mübarizə komitəsinin əməkdaşları tərəfindən müdafiə nazirliyinin hərbi çağırışçılar və səfərbərlik idarəsinin yüksək vəzifəli işçisi S.P. həbs edilib. Əlavə olunur ki, həmin şəxs çağırışçıların və ehtiyatda olanların valideynlərindən rüşvət alaraq onların mənafeyini təmin edib. Oğlunun Zəngəzurda xidmət keçməməsi üçün bir valideyndən isə öncədən 23 min dollar alıb və həmin əsgərə "hərbi  xidmətə yararsız" sənədi düzəldərək evə buraxıb.

Araşdırma zamanı aydın olub ki, bu yeganə olay deyil. Övladlarının təhlükəsiz yerlərdə hərbi xidmət keçməsi üçün yüzlərlə valideyn bu və ya digər üsullara əl atır, nazirlikdəki müvafiq zabitlər isə getdikcə varlanırlar.

Məsələ ilə bağlı əməliyyat tədbirlərinin davam etdiyini bildirən agentlik əlavə edib ki, belə vəziyyətdə ölkəni müdafiə etmək mümkün olmayacaq.

N.Qaramanlı

Oxşar xəbərlər