15.09.2025, 05:57
AZ EN
08.01.2025, 15:52 361

Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir

XƏBƏRLƏR
  • Ermənistanın delimitasiya prosesi tam başa çatana qədər Azərbaycanla sərhəddəki vəziyyətin monitorinqini aparan Avropa İttifaqının müşahidə missiyasına ehtiyacı var.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.

“Aİ-nin mülki missiyasının müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində qalmaqda davam edirlər. Bu vacib amildir”, - o qeyd edib.

XİN rəhbəri əminliyini ifadə edərək bildirib ki, Ermənistan və Azərbaycan arasında sərhədlər delimitasiya olunmadığı müddətdə Aİ-nin missiyası Ermənistan üçün vacib və zəruridir. (APA)

Oxşar xəbərlər