25.04.2025, 03:44
AZ EN
06.07.2023, 10:30 337

Ermənistanda 16 məktəbdə Azərbaycan və türk dilləri öyrədilir

XƏBƏRLƏR
  • Ermənistanda 2022/2023-cü tədris ilində 12 məktəbdə türk dili, 4 məktəbdə isə Azərbaycan dili tədris olunub.

“Vətən səsi” xəbər verir ki,  bu barədə Ermənistanın Təhsil Nazirliyi m’lumat yayıb. Bildirir ki, hazırda Azərbaycan və türk dilləri yalnız 10-12-ci sinif şagirdlərinə öyrədilir.

Ümumilikdə 2022/2023-cü tədris ilində Ermənistandakı 33 ümumtəhsil müəssisəsində regional dillər öyrədilib: 13 məktəbdə farsca, 12-də türk dili, 4 məktəbdə Azərbaycan türkcəsi, 3-də isə gürcü dili. Daha 400 məktəbdə isə regional (türk, Azərbaycan, gürcü və fars) dillərinin tədrisinə hazırlıq görülür.

O da qeyd olunur ki, hazırda Ermənistanın bütün məktəblərində 2-ci sinifdən başlayaraq xarici dil kimi rusca və ingilis, fransız və ya almanca tədris olunur. Növbəti tədris ilindən etibarən məktəblərdə üçüncü dil kimi region ölkələrinin dillərinin öyrənilməsinə də diqqət yetiriləcək.

Oxşar xəbərlər