21.11.2024, 22:46
AZ EN
26.01.2024, 11:24 265

Haylar qorxaq olduqlarını sübut etdilər

XƏBƏRLƏR
  • Özünü "müdafiə ordusu"nun  hərbçisi kimi təqdim edən Nairi Süleymanyan (?) kimi təqdim edən Qarabağdan köçən erməni "Hraparak"ın müxbiri Hayka Aloyanla söhbətində deyib ki, bizim  "rəhbərlər, deputatlar, politoloqlar" həmişə Qarabağdakı soydaşlarımızın cəsur, yenilməz olduqlarını, hamının yeri gələrsə, son nəfəsədək vuruşacaqlarını, ən gülməlisi isə Bakıda çay içəcəklərini lovğalıqla  beyinlərə yeritməyə çalışırdılar. Əhali isə onlara inanırdı.

Ötən ili sentyabrın 19-da saat təqribən 13-də bunun yalan olduğunu öz gözləri ilə gördüyünü açıqlayan separatçı əlavə edib ki, sayı 15 nəfər olan dəstələrində 6 nəfərdən başqa hamı atəş səsi eşidən kimi qaçmağa başladı. Dedilər ki, Türkə əsir olmaq istəmirlər. Bir qədərdən sonra özü də Xocavənddən Xankəndiyə qaçan Nairi Süleymanyan onu da açıqlayıb ki, vaxtilə pafosla danışanlar indi “nə edək, çıxmalıyıq, ruslar kömək etmirlər”, - deyə titrəyirdilər. Bax elə o an dəfələrlə söydüyüm və görsəm öldürəcəyəm dediyim erməni tarixçi Filipp Yekozyançın dediyi "erməniləri türklər, yox özləri soyqırımı edib" sözləri yadıma düşdü və indi də ona haqq qazandırmaya bilmirəm.

Ermənistanda soyuq qarşılandıqlarını, dəfələrlə "nə kişisiniz, evinizi Türklərə qoyub qaçdınız" kimi kinayəli sözlər eşitdiyini vurğulayan separatçı söhbətin sonunda bildirib ki, bəli, biz təkcə qorxaq deyilik, həm də özümüz özümüzü soyqırımına təhrik edənik.

Düz sözə nə deyəsən.

Nəsib Qaramanlı 

Oxşar xəbərlər