22.09.2023, 02:43
AZ EN
17.09.2023, 16:22 80

O gün uzaqda deyil

YARADICILIQ
  • İstedadlı şair Mir­səy­yaf Za­man­lı 1948-ci il­də Kəl­bə­cər ra­yo­nu­nun Ağya­taq kən­din­də ana­dan olub. Kəl­bə­cə­rin Zül­fü­qar­lı kən­din­də sək­ki­zil­lik, Gən­cə şə­hə­rin­də or­ta mək­təbi bi­ti­rib. H. Zər­dabi adına Gən­cə Döv­lət Pe­da­qoji İns­ti­tu­tunda ali təhsil alıb. Hər­bi xid­mət­dən qa­yı­tdıqdan sonra Kəl­bə­cə­rin Şur­tan və Moz Qa­ra­çan­lı kən­d­lərində müəl­lim­lik edib. Kəl­bə­cə­rin iş­ğa­lın­dan son­ra Ba­kıda məs­kün­la­şıb. Ba­kı­dakı 108 say­lı Kəl­bə­cər or­ta mək­tə­bin­də dil-ədə­biy­yatdan dərs deyib. Ya­zı­çı­lar Bir­liyi­nin üz­vü­, bir neçə şeir­ ki­ta­bı­nın müə­lli­fi­dir.

M.Zamanlının oğlu Məzahir Zamanov Birinci Qarabağ müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə itkin düşüb.

Şairin Kəlbəcər qoxulu şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.  

 

AY ANA

 

İndi məni büküm-büküm eləyib

Vətən dərdi, bala dərdi, ay ana.

Bir canım var, bir parça da ürəyim

Necə çəkim belə dərdi, ay ana.

 

Qəmsiz olan sızıltımı duyammaz,

Daş oyanar mənim bəxtim oyanmaz,

Heç Fərhadın külüngü də oyanmaz

Sinəmdəki silə dərdi, ay ana.

 

Minnət çəkib önündə diz çökürəm,

Yalvarıram bəlkə yola gətirəm,

İstəyirəm bəxtim kimi itirəm

Tutammıram dilə dərdi, ay ana.

 

Mən çəkəni dağ da çəksə dayanmaz,

Bəlkə daşam, belə insan yaranmaz,

Mirsəyyafı qohum-qardaş, yar anmaz

Hamısı da bilir dərdi, ay ana.  

 

ŞƏHİD ANASI

 

Hər damla şəhid qanı

Yüz kafirə əvəzdir.

Evə girmiş ilanın

balan başını əzdi.

Qiyamətə qalmadı

Bu vətənin qisası.

Başını uca saxla

daha, şəhid anası!

 

Qoy kafirlər görməsin

yanağında yaşını,

Torpaq azad olunur,

bir də əymə başını.

Yağı düşmən olubdu

öz haqqına çatası,

Başını uca saxla

daha, şəhid anası!

 

Bu müqəddəs torpaqdan

mənfur izlər pozulur,

Torpaqda Vətən sözü

indi qanla yazılır.

Silinməsin əllərdən

gəlinlərin xınası,

Başını uca saxla

daha, şəhid anası!

 

Hər damla şəhid qanı

bitirəcək bir lalə,

gülüstana dönəcək

torpağımız gör hələ.

Günəşdən nur alacaq

Azərbaycan səması,

Başını uca saxla

daha, şəhid anası!

 

Bilirəm bala dağı

bir dözülməz dağ olur

Hər yadına düşəndə,

ürəyin dağ-dağ olur.

Ondan ağır dərd də var,

vətən dərdi, bəlası,

Başını uca saxla

daha, şəhid anası!

 

Ağ buludun gözündən

torpağa nur sığılır,

indi səma aydındır,

qara bulud dağılır.

Yayılacaq dünyaya

Azərbaycan sədası,

Başını uca saxla

daha, şəhid anası!

 

O GÜN UZAQDA DEYİL

 

Bu xalqın sinəsində

yatmış pələng oyandı

Düşmən özü tökdüyü,

nahaq qana bulandı.

Çatdı tanrı dərgahına

milyonların duası,

başını uca saxla,

daha, şəhid anası!

 

Kəsiləcək bu yurddan

yağıların ayağı.

Kəlbəcərdə, Laçında,

Xankəndində, Şuşada

Ucalacaq Azərbayan

                        bayrağı!

O gün deyil uzaqda,

Başdan-başa

vətən cənnət olacaq!

Ulu öndər demişkən,

"Azərbaycan dünyaya

Günəş kimi doğacaq!"

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər