25.06.2025, 15:41
AZ EN
25.06.2025, 09:07 226

Şuşa sakinlərinin növbəti səyyar qəbulu keçirildi

XƏBƏRLƏR
  • Cəlilabad rayonu, Uzuntəpə kənd 1 saylı tam orta məktəbində Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirdi.

İcra başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionda və beynəlxalq arenada apardığı uzaqgörən siyasət, eləcə də ölkəmizin iqtisadi inkişafına hədəflənmiş böyük layihələr haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. Bayram Səfərov vətəndaşlara göstərilən sosial xidmətlərin, sosial yönümlü Dövlət Proqramları və insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə davam etdirildiyini diqqətə çatdırdı.

Görüş zamanı rayon sakinləri işlə təmin, Şuşaya qayıdış, mənzil və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirmişlər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Səyyar qəbulda iştirak edən sakinlər problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Mina RƏŞİD

Oxşar xəbərlər