25.06.2025, 16:15
AZ EN
25.06.2025, 11:31 205

İcma sədri: Qərbi Azərbaycana qayıdışın qarşısını alacaq heç bir qüvvə yoxdur

XƏBƏRLƏR
  • Qərbi Azərbaycana qayıdış mütləq baş tutacaq, bunun qarşısını alan heç bir qüvvə yoxdur.

Bunu Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli "Mirasa Sahibik: Qayıdış konsepsiyasının təbliğində müəllimlərin rolu” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycan məqsədlərinə doğru addım-addın irəliləyir.

İcma sədri əlavə edib ki, son bir ildə ölkənin təhsil müəssisələrində Qərbi Azərbaycana qayıdışla bağlı silsilə tədbirlər təşkil olunur:

"Biz tarixi və milli ənənələrə malik gənc nəsil yetişdiririk. Əks halda nə millətə, nə də Vətənə xeyir gələr. Belə bir nəslin formalaşmasında gənc müəllimlərin rolu böyükdür". (Report)

Oxşar xəbərlər