25.06.2025, 15:18
AZ EN
25.06.2025, 09:48 262

Bu gün Beynəlxalq Dənizçilər Günüdür

XƏBƏRLƏR
  • Hər il iyunun 25-i Beynəlxalq Dənizçilər Günü qeyd edilir. Belə ki, Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun tarixində “Dənizçilər günü”nün qeyd olunması barədə qərar qəbul olunub.

Hazırda dünyada yüklərin təqribən 90 faizi dəniz yolu ilə daşınır. Dünya sularında üzən gəmilər vasitəsilə gün ərzində müxtəlif təyinatlı məhsullar daşınır. Dəniz vasitəsilə həyata keçirilən ticarət qlobal iqtisadiyyata da öz töhfəsini verir.

Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə “Dənizçi Günü” peşə bayramı təsis olunub.

Bu gün qurur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın sürətli inkişafında dənizçilərin xüsusi əməyi var. Dənizçilər həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Həmçinin Xəzərdənkənar sularda Azərbaycan bayrağı ilə üzən dənizçilərimiz daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafında rol oynayırlar.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər