25.06.2025, 13:36
AZ EN
25.06.2025, 09:30 146

Paşinyan və xanımı keçmiş prezidentlərin "sirri"ni açdı

XƏBƏRLƏR
  • "Fırıldaqçılar Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" sosial şəbəkə hesabında bildirib. O, ifşa edilmiş çevriliş planının arxasında Rusiyadakı müəyyən dairələrin dayandığına da işarə edib: "Bu proses fırıldaqçıların baş tutmamış dövlət çevrilişi kimi tarixə düşəcək", - deyə o yazıb.

 "Civic" nəşrinin dərc etdiyi məqalədə Ermənistan müxalifətinin ölkədə dövlət çevrilişi planlaşdırdığı və bu məqsədlə xüsusi plan hazırladığı bildirilir. Paşinyan paylaşımında məhz həmin məqaləyə istinad edərək yazıb ki, çevriliş planında Ermənistanın keçmiş prezidentləri ilə yanaşı Rusiya şirkətlərinin adı adı çəkilir.

Məqalədə deyilir ki, sənəd nəşrə "müxalifətdəki etibarlı mənbələr" tərəfindən verilib. "Çevriliş strategiyası" adlanan yeddi səhifəlik sənədin əvvəlində bildirilir ki, bu planın məqsədi Nikol Paşinyan rejimini devirmək,  hakimiyyəti xalqa, kilsəyə və digər strukturlara ötürməkdir.

Sənəddə bildirilir ki, planın icrasına iyulun 23-də başlanmalıdır. "Çevriliş strategiyası"nın "İnsan resursları" adlanan bölməsində Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın, həmçinin "Vətən naminə Tavuş" hərəkatının lideri Baqrat Srbazan (Qalstanyan), bir müddət əvvəl həbs edilmiş milyarder Samvel Karapetyanın və "Çiçəklənən Ermənistan" partiyasının qurucusu Qaqik Tsarukyanın adı çəkilir. Siyahıda həmçinin "Qazprom Armeniya" şirkəti və "Rusiya Dəmir Yolları"na məxsus "Cənubi Qafqaz Dəmir Yolu" Şirkətinin də adı çəkilir. 

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan da sosial şəbəkə hesabında dövlət çevrilişinə cəhddən yazıb. O, mətbuata ötürülmüş "Çevriliş strategiyası"nın təkcə Paşinyana qarşı deyil, həm də Ermənistan dövlətə yönəldiyini qeyd edib. O, çevriliş cəhdinin arxasında erməni Apastol Kilsəsinin olduğuna da işarə edib: "Bir az üzüldüm, başa düşə bilmirəm ki, niyə çevriliş planında məzhəbçilərlə yanaşı, millətin başına gələn bu fəlakətli bəla da qeyd olunmur. Xəyanətkar alçaq. Bütün satqın əclafların ruhani lideri! Və eyni zamanda öz-özünü "tanıyan" elm biti".

Ermənistan mətbuatı yazır ki, Anna Akopyan "əclaf və elmi bit" ifadələri ilə birinci prezidenti Levon Ter-Petrosyanı təhqir edib. Amma Paşinyana qarşı hazırlanmış "Çevriliş strategiyası"nda Robert Koçaryan və Serj Sarkisyandan fərqli olaraq, onun adı çəkilmir.

Xatırladaq ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Paşinyanı millət üçün “fəlakətli bəla” adlandırıb.

Elxan SALAHOV

Oxşar xəbərlər