Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycan tərəfinin ABŞ-da keçiriləcək görüşdən imtinası ilə bağlı sualı cavablandırarkən deyib.
"Daha əvvəllər də dediyimiz kimi, biz Ermənistan və Azərbaycan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam edəcəyik. İstər burada, istərsə də başqa yerdə olsun, hər iki tərəfi bu danışıqlarda iştirak etməyə təşviq edirik. Bu, bizim siyasətimiz olaraq qalacaq" - ABŞ dövlət rəsmisi bildirib. (APA)