25.06.2025, 16:24
AZ EN
25.06.2025, 08:50 212

Erməni deputatın Rusiyaya girişi qadağan edilib

XƏBƏRLƏR
  • Ermənistanın hakim "Mülki Müqavilə" partiyasının deputatı Xaçatur Sukiasyanın Rusiyaya girişinə qadağa qoyulub.

Bu barədə "24news" saytı xəbər verir.

Qeyd olunur ki, bu qərarın bir neçə səbəbi var.

Xatırladaq ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin üzə çıxardığı cinayət sxemi əsasında məlum olub ki, "Alrosa" şirkətində hazırlanan Rusiya almazları qanunsuz olaraq Ermənistana, birbaşa oliqarx deputat Xaçatur Sukiasyan üçün daşınıb.

Deputat ölkənin baş naziri Nikol Paşinyanın köhnə dostu və maliyyə mənbəyi hesab olunur.

Günel QULİYEVA

Oxşar xəbərlər