Comərd və Alagöz Məhəmməd qardaşları 1765-ci ilin yazında, Ulu Öndər Heydər Əliyevin ata, ana və baba yurdu olan Comərdli kəndinin təməlini qoyublar. Comərdli kəndi Zəngəzur sıra dağlarında, dəniz səviyyəsindən 3161,6 metr hündürlükdə yerləşən Salvartı dağının cənub- şərq ətəklərində, Naxçıvan Muxtar Respublikasının Şahbuz və Culfa rayonları ilə həmsərhəd olan Qarakilsə (erm. - Sisyan) rayonunun qərb bölgəsində, rayon mərkəzindən 18 km məsafədə səfalı bir yerdə yerləşir. Kəndin yerləşdiyi ərazi özünəməxsus coğrafi relyefə və geoloji-struktur quruluşuna malikdir. Bu ərazi uca dağlar qoynunda yerləşən kiçik bir platoya bənzəməklə, şimal tərəfdən Dəvəboynu və Ayımağarası dağları ilə əhatə olunmuşdur. Kəndi cənub tərəfdə yerləşən Hortuyüs dağı ilə kiçik dərinliyə malik dərə vasitəsilə iki hissəyə bölünmüş, bir tətəfdən Yəhərtəpə təpəsi, digər tərəfdən Sisiyan çayı ilə məhdudlaşan az meylliliyə malik düzən bir sahə ayırır. Kəndin arxa tərəfindəki sol tərəfə keçilməsi mümkün olmayan sıldırım qayalardan ibarət iki yüz metrə qədər dərinliyi olan dərə, şərq və cənub-şərq istiqamətə uzanaraq platonun şimal və şərq sərhədlərinin müəyyənləşdirir.
İnzibati ərazi cəhətdən Comərdli kəndinin tabe olduğu Sisyan (Albaniya dövründə Sisakan). Sisakan toponimi Sak etnonimi ilə bağlıdır. Saklar eramızdan əvvəl VIII-VII əsrlərdə şimaldan Ön Asiyaya, o cümlədən Manna və Midiyaya gəlmiş türk mənşəlli tayfalardır. Sisyan (Sisakan)mahalı 1755-1822-ci illlərdə Kaspi vilayətinin, 1868-ci1921-ci illər Yelizavetpol quberniyası Zəngəzur qəzasının, 1921-1988-ci illərdə Ermənistanın tərkibində olmuşdur.
Comarədli kəndinin ilk sakinləri olan Comərd, Alagöz Məhəmməd, Təhməz və Sarı Məhəmməd özlərinə ev tikdilər, yaşamaq üçün şərait yaratdılar. Alagöz Məhəmməd bacıları Humayı gətirmək üçün İrəvana gəldi. Humay xanımın vəba xəstəliyindən rəhmətə getdiyini eşidən Alagöz Məhəmməd qəlbən sarsıldı, onların sevib-seçdikləri və yaşamaq üçün özlərinə məskən saldıqları, füsunkar təbiəti gözəl mənzərəsi olan və uca dağlar qoynunda yerləşən kəndlərini görmək, analarının yadigarı olan Humay xanıma qismət olmadı.
1765-ci ildən 1918-ci ilə qədər Comərdli kəndində yaşayan insanların həyatında nəzərə çarpacaq tarixi hadisə baş verməmişdir. Comərd və Alagöz Məhəmməd qardaşları Uz və Sisian kəndlərindəki tanışları ilə qohumluq əlaqələri qurdular.
Kənd ucqar yerdə yerləşdiyindən dinc inkişaf şəraiti olub və sakinlər tam müstəqil şəkildə fəaliyyət göstərirdilər. Onlar böyük örüş-otlaq və əkin-biçin sahələrinə malik idilər. İstifadəyə yararlı torpağın ümumi sahəsi 36 min desyatin təşkil edirdi (1 desyatin 1,35 ha-ya bərabərdir).
1766-cı ildə Comərdli kəndində dünyaya göz açan ilk insanın adını İsmayıl qoyublar.
XVIII əsrin sonuna qədər Comərdin 6 oğlu: İsmayıl bəy, Məşədi Şirin (Heydər Əliyevin anası İzzət xanımın ulu babası), Məşədi Məmmədbağır, Şahgəldi bəy, Kərbəlayi Allahverən və Zaman. Alagöz Məhəmmədin isə beş oğlu: Məşədi Qurban, Hacı Hüseyn, Kərbəlayi Məhərrəm, Məşədi Əli (Heydər Əliyevin atası Əlirza kişinin babası) və Məşədi Mustafa anadan olmuşdur.
Kənd camaatının iqtisadi həyatında əsas yeri kənd təsərrüfatı tuturdu. Təsərrüfatda maldarlıq və heyvandarlıq mühüm əhəmiyyət kəsb edirdi. Bununla yanaşı, əkinçilik, bostançılıq, bağçılıq, arıçılıq və s. xüsus rola malik idi. Əkincilik heyvandarlıqla bərabər inkişaf etdirilir və bunlar bir-birini tamamlayan təsərrüfat sahələri idi. İribuynuzlu və xırdabuynuzlu heyvandarlıq yüksək inkişaf səviyyəsində olmuşdur. Əkinçilikddə müxtəlif növ dənli bitkilərin əkilib-becərilməsinə xüsusi fikir verilirdi. Əkin sahələrinin hamısı dəmyə idi. Digər torpaqların becərilməsi üçün suvarmadan istifadə olunurdu.Hündür dağlardan gələn dərə suları arxlar vasitəsilə bir-birinə birləşdirilmiş və xüsusi suvarma sistemi yaradılmışdır bu suvarma şəbəkəsi kənd təsərrüfatı məhsullarının məhsuldarlığınını artırılmasında xüsusi rol oynayırdı. Hər bir ailənin özünəməxsus otlaqları, örüşləri, əkin-biçin sahələri və meyvə-tərəvəz məhsullarını yetişdirməsi üçün həyətyanı torpaq sahələri vardı və onlar müstəqil şəkildə öz təsərrüfatlarını qururdular. Kəndi içməli su ilə təmin etmək üçün sandıqdaş dağının ətəyindəki Əli bulağından (Comərd və Alagöz Məhəmmədin atasının adı ilə bağlıdır kəndə saxsıdan hazırlanmış borulardan istifadə etməklə su kəməri çəkilmişdir. Bu dövrdə kənd təsərrüüfatı ilə yanaşı xalçaçılıq vvə toxuculuq da kəndin iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərdi. Gəbə, kilim, xalça və palaz toxunması daha geniş yayılmışdı. Kənd əhalisi istehsal etdikləri məhsulları öz tələbatlarını ödədikdən sonra artıq qalan hissəsini xarici bazarlara çıxarırdılar. Onlar Naxçıvan, Ordubad,Təbriz, Mərənd və Şuşa şəhərləri ilə ticarət əlaqələri qururdular. Culfa şəhəri beynəlxalq ipək ticarəti yolunun üstündə yerləşdiyindən, bu şəhərlə ticarət əlaqələri xüsusi əhəmiyyət kəsb edirdi.
Comərdli kəndində təhsili din xadimi tədris edirdi. Uşaqlar 8-10 yaşlarından məscidin nəzdində və ya şəxsi evdə təşkil edilmiş məktəbdə təhsil alırdılar. İbtidai təhsili kənd məktəblərində aldıqdan sonra ailənin maddi imkanından asılı olaraq, təhsillərini Naxçıvan şəhərindəki mədrəsələrdə davam etdirirdilər. Təhsil prosesində İslam dininin mükəmməl öyrənilməsinə xüsusi diqqət yetirilirdi. Mütəmadi olaraq, imkanlı şəxslər İslam dininin müqəddəs yerləri ziyarət edirdilər. İslam dininin bütün atributları qorunub saxlanılırdı. Kəndin təməlini qoyan Comərd tədbirli, mərhəmətli, həlimxasiyyət xoşrəftarlı olmaqla ailəsində və kənddə hörmət və nüfuza malik idi. Alagöz Məhəmməd enlikürək, ucaboylu, qarayanız və mərd idi. O, qeyri-adi fəaliyyəti ilə Comərddən fərqlənirdi. Qısa bir zaman kəsiyində kəndin sakinləri öz əməksevərliyi və zəhmətləri hesabına kənd təsərrüfatının inkişaf etdirilməsi və ticarət əlaqələrinin düzgün qurulması sayəsində xeyli varidata malik olub, mal-dövlət sahibi olublar. Kəndin ən varlısı Comərdin dördüncü oğlu Şahgəldi bəy idi. Onun mal-qara və qoyun sürüləri vardı. Kənddə böyük hörmət və nüfuza sahib olan Şahgəldi bəyə, XIX əsrin birinci yarısında Mehdiqulu xan tərəfindən, Şuşa qalasında rəsmi şəkildə bəylik titulu verilmişdir. Şahgəldi bəyin qardaşı Məşədi Şirin ( İzzət xanımın babası), əmisi Alagöz Məhəmmədin oğulları Məşədi Əli və Hacı Hüseyn də mal-dövlət sahibi idilər.
Zəngəzur mahalının səfalı bir guşəsində yerləşən bu dağ kəndi sakinlərinin mərdliyi, ərənliyi, qeyrəti və qoçaqlığı ilə qonşu kəndlərdən fərqlənirdi.
1828-1829-cu illərdə Sisian (Qarakilsə) bölgəsinin bir çox kəndlərindən, o cümlədən Comərdli kəndi ilə qonşu olan Alılı və Təzəkənd kəndlərindən azərbaycanlılar sıxışdırılıb çıxarıldı və onlarıın yerlərinə Təbrizdən, Xoydan, Salmasdan və Mərəddən köçürülmüş ermənilər yerləşdirildi. XİX əsrin sonlarında Qarakilsə yaşayış məntəqəsi də ermənilərlə məskunlaşdırıldı.
1828-1988-ci illər ərzində 40 evdən ibarət olan Comərdli kəndinin sakinləri, qonşu erməniləşmiş kəndlərdə yaşayan erməniləri özləri ilə hesablaşmağa məcbur etmiş, Azərbaycan türklərinin yaşadığı Ərəfsə və Hortüyüş (1918-ci ilə qədər) kəndlərinə dayaq olmuşdur.
Hazırladı: Tahirə AĞAMİRZƏ