22.11.2024, 00:36
AZ EN
16.08.2023, 16:45 466

“Qərbi Azərbaycan Xronikası”: Erməni tarixçi Amağu soyqırımı ilə bağlı faktları açıqladı

QƏRBİ AZƏRBAYCAN
  • “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Baku”TV-də növbəti veriliş efirə gedib. Verilişdə tanınmış erməni tarixçisi Qrişa Smbatyanın qələmə aldığı “Qafanda azərbaycanlılar” məqaləsindən bəhs olunur.

Verilişdə qeyd edilir ki, Ermənistanda çox tanınan tarixçi Qrişa Smbatyan Qafan geologiya muzeyinin direktoru, Ermənistan əməkdar mədəniyyət xadimi və etnoqrafdır. Ənənəvi saxta erməni tarixçiliyi irsini davam etdirən Smbatyan “Sinykyanyet Jergr” (“Sunik ölkəsi”) qəzetinin 10 sentyabr 2008-ci il 24-25-ci sayında “Qafanda azərbaycanlılar” adlı yazısıyla maraq doğurub. Müəllif məqalə boyunca ermənilərin törətdikləri cinayətləri ifşa edən məqamları da üzə çıxarır. Qrişa Smbatyan tarixi gerçəyi çatdırmaya bilmir və bizim üçün acı olan həqiqəti ermənilərin də üzünə vurur. Məqalədə müəllif nağıl yaradıcılığını işə salıb Azərbaycan türklərinin bu əraziyə otlaq üçün gəldiyini və sonra oturaqlaşıb erməniləri sıxışdırdığını yazır. İstənilən dünya tarixçisi və etnoqrafı bu fərziyyənin lax olduğunu sübut edə bilər. Zəngəzurda türklər istər oturaq həyat tərzi keçirərək şəhər, qəsəbə kimi məntəqələrin  əsasını miilliklər öncə qoymuş, istərsə də, yarımköçəri yaşam tərzi keçirən hissədən ibarət olmuşdur. Smbatyan azərbaycanlıların uzun müddət tayfa-icma qanunlarını, adət-ənənələrini qoruduğunu, milli təfəkkür yaddaşının oyaq olduğunu qeyd edir. Amma yaddaşsızlıqdan əziyyət çəkən tarixçi erməni etmoqrafı Stepan İzistyanın yazısı əsasında türklərin buraya guya XII əsrdə gəldiyini yazıb. Yazının əvvəlində türklərin bu əraziyə XVIII-XIX əsrdə gəldiyini israrla sübut etdiyini təkzib edir. Müəllif  Njdenin 1918-21-ci illərdə törətdiyi cinayətlərin detallarını açıqlayır: “Yedvazorda Azərbaycanlıların mühasirəsi və qırğını baş verdi. Qırğının canlı şahidi olan Təbərik xala söyləyirdi ki, silahlı quldurlar onun göz qarşısında 2 minə yaxın qadını, uşağı və əli silahsız adamları dərədə güllələdi və qılıncdan keçirdi”.

Burda söhbət Zəngəzurda Amağu vadisində baş verən qətliamdan gedir. Njdeyə görə Amağu Zəngəzur üçün  Roma üçün Konfogen nədirsə odur. Amağu dərəsində azərbaycanlılar erməni-daşnak ordusuna qarşı ciddi müqavimət göstərə bilmişdilər. Njde buranı ən təhlükəli bölgə hesab edirdi. Nəhayət, 32 türk kəndinin darmadağın edib və elə Amağu vadisində 2000-dən çox  silahsız, köməksiz Azərbaycan türkünü qətlə yetirdi.

Müəllif məqaləsində azərbaycanlılarla ermənilərin birgə yaşayışı, seçki hüququndan məhrum olması, 37-ci ildə bir-birini müdafiə etməsini xüsusilə qeyd edir. Maraq doğuran məqam 1988-ci ildə erməni millətçilərinin yaydığı şaiə əsasında  guya azərbaycanlılar tədarük etdiyi süd məhsullarına zəhər qatıblar və ermənilərdə kütləvi zəhrələnmə olmasıyla bağlı tirajlanan məlumatın təkzib olunmasıdır. Smbatyan bu məsələyə toxunaraq rayonda heç bir zəhərlənmənin olmadığını, azərbaycanlıların öz süd tədarükünü davam etdirdiyini qeyd edir. Smbatyan Qafanda azərbaycanlılara qarşı çağırışın olmadığını deyir. 1988-ci ildə Qafan və kəndlərində baş verənləri danıb, yalnız diş həkimi Aftandilin “Juqili” markalı avtomobilinin yandırılması faktını saxlayan tarixçi  erməni cinayətlərinin izini itirmək istəyir. Qafan geologiya muzeyinin direktoru Qafanda olan azərbaycanlıların bir qisminin erməni və rus dilini bildiyini, lakin rəsmi tədbirlərdə israrla Azərbaycan dilində danışdıqlarını, heç kimin buna qarşı çıxdıqlarının ağlına gəlmədiyini yazısında qeyd edir. Həmçinin mərkəzi salonlarda Azərbaycan mahnıları və musiqisi səsləndiyini vurğulayır. Əlbəttə,  Qafanın bütövlükdə Zəngəzurun əsilli-köklü sakinləri olan Azərbaycan türkləri özlərinin vətənlərində olduqlarını bilirdilər. Adətlərini, dilini qoruyub yaşadırdılar. Smbatyan bu gerçəklə razılaşmayıb “Sovet Ermənistanı” qəzetinin müxbiri İbrahimov, tanınmış İslam Babayev Qafanda Azərbaycan məktəbinin direktoru İsa İbrahimov və tələbə İsrafilin qatı millətçi olduğunu təəccüblə yazıb ermənicə danışmağı, erməni mahnısını oxumağa imkan vermədiklərini qeyd edir. Ermənistanın əməkdar mədəniyyət xadimi Qafanda Bakıdan gələn bir  təşkilatın olduğunu, Zəngəzuru Azərbaycana bilşədirmək üçün hazırlıq işlərinin görüldüyünü deyir və hətta kəndlərdə ildə  30 rubl üzvlük haqqının yığılmasını söyləyir. Lakin ermənilərin onlara qarşı pis olmadığını vurğulayan Smbatyan yeganə hadisə kimi 1965-ci ildə Qafanın, “Lernovosert” və Bakının “Dinamo” komandaları arasında baş verən dava və daha sonra “Qafan-İrəvan ” qatarının daş-qalaq edilməsini qeyd edir.  Müəllifin məqaləsində Qafanda Azərbaycan icmasının böyüməsi, təbii artımla erməniləri üstələməsi vurğulanır. 1980-ci ildə artımın ləngiməsinin baş verdiyi qeyd olunur. Smbatyan belə izzah edir ki, Azərbaycanın ali məktəblərində və digər elm ocaqlarında təhsil alan azərbaycanlı gənclər geri qayıtmır,  ailə üzvlərini özləri ilə aparırdılar. Hətta bəzi kəndlərdə  artıq uşaq olmadığı üçün  məktəbin bağlandığını qeyd edir. Bununla da tarixçi Ermənistan SSR-də azərbaycnlılara qarşı aparılan mədəni terror və gizli etnik təmizləmə siyasətini ifşa edir. Ermənistanda çox tanınan tarixçi Qrişa Smbatyan 1988-ci il azərbaycanlıların qovulmasına səthi toxunaraq yazır ki, Qafandan azərbaycanlıların kütləvi axını 1988-ci ilin noybrında və dekabrın əvvəlində baş verdi: “Onlar getmək istəmirdi, qocalar müqavimət göstərirdi”,- deməklə kifayətlənir. Əslində əməkdar mədəniyyət işçisinin erməniləri təmizə çıxarmaq və Azərbaycan türklərinin Qafanda yaşam tərzinin  yaxşı olduğunu qeyd etmək niyyəti ilə yazılan yazıda  1918-21-ci illərdə  Qaragin Njde və onun  silahlı dəstəsinin törətdiyi qətliamın ifşası baxımından şahidin diliylə qələmə alması əhəmiyətlidir. Gerçəyi danmağa alışan erməni tarixçilərindən fərqli olaraq Qrişa Smbatyan qırğının canlı şahidi idi. O, Təbərik xaladan gətirdiyi bir statla Zəngəzur hadisələrinin gerçək üzünü etiraf edir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər