16.10.2025, 17:23
AZ EN
16.10.2025, 12:55 210

“Bir Elin Manifesti” — Qərbi Azərbaycan İcmasında I Ümumrespublika hekayə müsabiqəsinin yekun müzakirəsi keçirilib

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü ilə İcmanın inzibati binasında Qərbi azərbaycanlılara qarşı törədilmiş tarixi ədalətsizlikləri və erməni vandallarının vəhşiliklərini əks etdirən “Bir Elin Manifesti” adlı I Ümumrespublika hekayə müsabiqəsinin yekun müzakirəsi keçirilib.

Layihə çərçivəsində 50-dən çox hekayə müzakirə olunub. Bütün hekayələr layihənin tərəfdaşı Modern.az saytında dərc edilərək ictimaiyyətin müzakirəsinə təqdim edilib.
Müzakirə Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, akademik Nizami Cəfərov, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, şairə Mahirə Nağıqızı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru, layihənin müəllifi Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, Milli Məclisin deputatı Səbinə Salmanova, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva, Milli Məclisin deputatı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Tənzilə Rüstəmxanlı, ASKEF Avrasiya Sənət, Kültür və Ədəbiyyat Federasiyasının Qafqaz və Orta Asiya üzrə təmsilçisi, Prezident təqaüdçüsü Sona İsmayılova, “Modern.az” İnformasiya Agentliyinin sədri Elşad Eyvazlı, Qərbi Azərbaycan İcmasının elmi işçisi Şəmsi Qoca kimi respublikamızın tanınmış ədəbiyyatçıları, tənqidçiləri, alimləri, publisist və ekspertlərinin iştirakı ilə keçirilib.
Müsabiqənin şərtlərinə əsasən, təqdim olunan hekayələr arasından I, II, III və həvəsləndirici yerlər müəyyənləşdirilib. Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimində, layihə çərçivəsində təqdim olunan hekayələrdən ibarət kitabın nəşri də planlaşdırılır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər