16.10.2025, 19:19
AZ EN
16.10.2025, 14:49 240

“Zəfər Kuboku” voleybol turnirinə start verilib

XƏBƏRLƏR
  • Qarabağ Regional Gənclər və İdman İdarəsi, Qarabağ Universitetinin Sağlam Həyat Mərkəzi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə tələbələrdən ibarət komandalar arasında “Zəfər Kuboku” voleybol turnirinə start verilib.

“Konstitusiya və Suverenlik İli” və tarixi Zəfərin 5 illiyinə həsr olunan yarışda Qarabağ Universitetinin 16 oğlan və 8 qız tələbələrindən ibarət komandaları iştirak edirlər.
Xatırladaq ki, turnirin açılış mərasimi oktyabrın 13-də Qarabağ Universitetinin idman zalında keçirilib.
Açılış mərasimindən sonra ilk mərhələnin oyunlarına başlanılıb. 
Hazırda komandalar növbəti mərhələlər üzrə mübarizəni davam etdirir, qaliblər yaxın günlərdə müəyyən olunacaqdır.
Qeyd edək ki, sözügedən turnir tələbə gənclərin fiziki inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və həmçinin onlar arasında əməkdaşlıq və həmrəyliyin güclənməsinə töhfə vermək məqsədini daşıyır.

Tahirə AĞAMİRZƏ

 

Oxşar xəbərlər