Bu barədə MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı III Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci iş günündə bildirib.
"Ümumilikdə 1 700-dən çox ailə azad edilmiş ərazilərdə Agentlik tərəfindən inşa edilən mənzillərə köçürülüb", - F.Qurbanlı qeyd edib.
O vurğulayıb ki, MİDA əlçatan mənzil layihələri çərçivəsində sosial infrastrukturun inkişafına xüsusi diqqət yetirir:
"İndiyə qədər 22 sosial infrastruktur obyektinin tikintisinə başlanılıb, onlardan 16-sı artıq başa çatıb. Bunların arasında 5 məktəb, 9 uşaq bağçası, tibb mərkəzi və bələdiyyə xəstəxanası var. Tikinti başa çatdıqdan və təhlükəsiz şərait təmin edildikdən sonra obyektlər müvafiq mütəxəssislərin cəlb edilməsi ilə fəaliyyətə başlayır".(Report)