16.10.2025, 17:51
AZ EN
16.10.2025, 13:36 238

Erməni hərbi cinayətkarlar Bakıya təhvil verilə bilər

XƏBƏRLƏR
  • Rəsmi Bakı Ermənistan hökumətindən Azərbaycana qarşı hərbi cinayətlər törətmiş cinayətkarların ekstradisiyasını tələb edə bilər.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Past" qəzeti məlumat yayıb. Nəşr Ermənistanın keçmiş müdafiə naziri general Arşak Karapetyanın hələ bir müddət əvvəl bununla bağlı  söylədiyi fikirləri xatırladıb:"Arşak Karapetyan belə bir fikir səsləndirmişdi ki, Azərbaycan yaxın gələcəkdə Qarabağda hərbi cinayət törətmiş ermənilərin  ekstradisiyasını tələb edə bilər. General Ermənistan hakimiyyətinin bu tələblə razılaşacağını istisna etmədiyini də bildirib".

Nəşr mənbəyə istinadla həmin şəxslər arasında Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisləri, generallar Yuri Xaçaturov, Movses Akopyan və Artak Davtyan, eləcə də ləğv edilmiş separatçı rejimin “müdafiə naziri” Kamo Vardanyanın adlarını çəkib. Azərbaycanın tələb edə biləcəyi hərbi cinayətkarlar arasında Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan, həmçinin sabiq müdafiə naziri Seyran Ohanyanın olacağı da istisna edilmir.

Arşak Karapetyan məxfi sənədlərin Azərbaycanın əlinə keçdiyini söyləyib.

Xatırladaq ki, adları çəkilən cinayətkarlar 1990-cı illərdə Azərbaycan ərazilərinin işğal edilməsində aparıcı rol oynayıb. Onlar işğalla yanaşı, Azərbaycan ərazilərində törədilmiş soyqırımı, digər müharibə və insanlığa qarşı cinayətlər, eləcə də terror aktlarının iştirakçısı və müəllifləridir. Bu səbəbdən onlara qarşı Azərbaycanda cinayət işi açılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər