Bu fikirləri jurnalistlərə müsahibəsində Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar söyləyib.
O qeyd edib ki, təkcə 1988-1992-ci illərin deportasiyasında məcburi köçürülən azərbaycanlıların sayı 250 mini ötüb. Bütövlükdə isə 750 mindən çox azərbaycanlı Ermənistan tərəfindən deportasiyaya məruz qalıb. Hazırda Qərbi Azərbaycan İcmasında bununla bağlı siyahıyaalma işləri həyata keçirilir. Bu rəqəmin böyük həcmdə artacağı güman olunur. (AZƏRTAC)