16.10.2025, 17:37
AZ EN
16.10.2025, 14:06 274

Türkiyəli ekspert: Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarının hər hansı şəkildə xatırladılması yolverilməzdir

XƏBƏRLƏR
  • Ermənistan hakimiyyətinin viza möhürlərindən Ağrı dağının təsvirini silmək qərarı Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində müsbət addımdır, amma bu, yetərli deyil. Ağrının milli gerbdən və digər erməni simvolikalarından çıxarılması, habelə “Qərbi Ermənistan” ifadəsinin istifadəsinə birdəfəlik son qoyulması vacibdir.

Bu fikri Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Selenay Erva Yalçın ifadə edib.

O, hətta Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarının xatırladılmasının da yolverilməz olduğunu vurğulayıb.

Ekspert qeyd edib ki, Ankaranın gözləntiləri beynəlxalq hüquqa əsaslanır və Türkiyə-Ermənistan dialoqunun təbii nəticəsi olmalıdır.

Türkiyəli ekspert bildirib ki, Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində yerləşir. Onun sözlərinə görə, Türkiyə və onun xalqına qarşı nifrət doğuran hər hansı ritorika regionda sülh və sabitliyə ciddi zərbədir.

“Regionda ikitərəfli münasibətlərin normallaşma mərhələsinə qədəm qoyduğu və tərəqqinin getdiyi bir vaxtda Ağrı dağını əks etdirən istənilən erməni simvolikası, həmçinin qonşu dövlətlərin ciddi tənqidinə səbəb olan preambulalı Konstitusiya kimi sənədlər mehriban qonşuluq münasibətlərinə xələl gətirən elementlərdir”, -deyə AVİM analitiki qeyd edib.(AZƏRTAC)

Oxşar xəbərlər