02.08.2025, 03:00
AZ EN
13.12.2023, 13:38 366

"Hraparak" cənab İlham Əliyevin qalib lider olduğunu etiraf edir

XƏBƏRLƏR

Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi erməni mətbuatında gündəmdə olan mövzuya çevrilib. "Hraparak" bu günkü sayında yazır ki, Prezident İlham Əliyev 2018-ci ildə keçirilən seçkidə dördüncü dəfə həmin vəzifəyə seçilib. O, həmin son seçkidə seçicilərin 86 faizinin səsini qazanmışdı.14 faiz isə digər namizədlərə məxsus idi. 2020-ci ildəki müharibənin və bu ilin 19 sentyabrındakı hərbi əməliyyatın nəticəsində Ali Baş Komandan İlham Əliyevin reytinqi daha da artdı və xalq onu əbədi prezident görmək istəyir. Cənab İlham Əliyevin bu dəfəki seçkidə 86 deyil, daha çox, bəlkə də 99,99 faiz səs qazanacağını bildirən media qrupu Azərbaycanda müxalifətin demək olar ki, mövcud olmadığı qənaətinə gələrək yazır ki, özünə hörmət edən müxalif şəxs seçkiyə gedib parodiya obyektinə çevrilməz.

Düşmən də olsalar bu düz sözə nə deyəsən!

N.Qaramanlı

Oxşar xəbərlər