21.02.2025, 14:08
AZ EN
19.02.2025, 15:13 133

Baş diplomatın başı xarab olub

XƏBƏRLƏR
  • Hayastanın sabiq xarici işlər naziri Vartan Voskanyan Koçaryanın mətbuat konfransından sonra başını tam itirib. Deyir ki, Paşinyandan qurtulmağın əsl vaxtıdır.

O, 44 günlük müharibədə zəfər çalan Azərbaycanın ünvanına söylədiyi fikirləri ilə diplomat deyil, əsl qiybətçi, hədis-i olduğunu yenidən isbatlayıb. Azərbaycanın sülh çağırışlarına da psixi xəstə düşüncəsi ilə münasibət sərgiləyən Vartan elə hesab edir ki, Paşinyan hakimiyyətdən qovularsa onun yerinə kim baş nazir olsa Azərbaycan öz mövqeyindən imtina edəcək. Bu və digər sərsəmləmələri ilə kifayətlənməyərək o, həm də hayları sülh müqaviləsi danışıqlarından birdəfəlik əl çəkməyə və müharibəyə səsləyib. Onun sərsəm düşüncəsi deməyə əsas verir ki, ay hay, nə Makron, nə Tramp, nə də Xamneyi əlinə silah götürüb sənin və sənin kimi dovşanların əvəzinə vuruşmayacaq.

N.Qaramanlı

Oxşar xəbərlər