Sabiq nazir D.Ananyan isə bu gün "Hraparak"da yayılmış FB hesabında erməni kilsəsinin ölkədə yeganə legitim qurum olduğunu bildirib və təəssüflə əlavə edib ki, min illərlə milli, dini dəyərlərin daşıyıcısı olan erməni apostol kilsəsinin fəaliyyəti indi müəyyən qanunlara görə məhdudlaşdırılıb. Kilsənin erməni dövlətinin qorunmasında, milli özünüdərkin formalaşmasında bənzərsiz xidməti olduğunu xatırladan sabiq nazirin dediklərindən belə çıxır ki, Ermənistanda yeganə institusional qurum kilsədir və hökumət onunla bağlı qanunlara yenidən baxmalıdır.
O, daha sonra xatırladır ki, Ermənistanın qonşusu və dostu olan İranda prezident və digər yüksək rütbəli şəxslər bilavasitə ali dini rəhbərə tabe olduqlarına görə hakimiyyətdə vahid mövqe var.
Geniş şərh vermədən də görünür ki, haylar bir tərəfdə Qərblə əməkdaşlığa üstünlük verirsə, digər tərəfdə ölkənin dini dəyərlərlə idarə olunmasının vacibliyi ideyası geniş yayılır. Martın 13-də keçirilən mitinq də bunu sübut etmişdi.
Nəsib Qaramanlı