21.11.2024, 18:12
AZ EN
13.02.2023, 14:25 358

Ohanyan Paşinyanı hədələyir

XƏBƏRLƏR

Bu günlərdə Ermənistanın baş prokurorunun parlamentin müzakirəsinə təqdim etdiyi sənədlər ətrafında 2 gün davam edən çıxışlardan sonra Xocalı qatili Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edilib və barəsində cinayət əməliyyat hərəkətlərinə başlanılıb. İqtidardan olan deputatlar onun hələ də həbs olunmamasından narahatdırlar. Parlamentin qərarını sifarişli siyasi şou adlandıran müxalifət isə onun nə indi, nə də sonra həbs olunmayacağına əminlik ifadə edirlər. Jurnalist Lusine Şahverdiyanın yazdığına görə fevralın 13-də Seyran Ohanyanın mətbuat konfransı keçirib günahkar olmadığını sübut edən sənədlər olduğunu, müttəhim kürsüsündə baş nazir Nikol Paşinyanın özünün oturacağını bildirməsi yeni və daha böyük qalmaqalın bünövrəsini qoyub.

O, müdafiə naziri vəzifəsinə və deputat mandatına erməni xalqı qarşısında xidmətlərinə görə layiq görüldüyünü, Paşinyanın isə həm siyasi, həm də hərbi sahədə yalnız uduzduğunu vurğulayaraq onun istefasına nail olacaqlarına inam ifadə edib.

Nəsib

Oxşar xəbərlər