19.06.2025, 07:03
AZ EN
19.06.2025, 01:58 131

Yaşar Gülər: Türkiyə və Azərbaycan mühüm strateji mövqeyə malikdir

XƏBƏRLƏR
  • Türkiyə və Azərbaycan mühüm strateji mövqeyə malikdir.

Bunu Türkiyənin milli müdafiə naziri general Yaşar Gülər deyib.

O, qeyd edib ki, Türkiyə və Azərbaycanın müdafiə qüdrətinin və əməkdaşlığının gücləndirilməsi seçim məsələsi deyil, vacib ehtiyacdır.

Türkiyəli nazirin sözlərinə görə, rəsmi Ankara və Bakının sarsılmaz qardaşlıq bağları ikili strateji tərəfdaşlığı gücləndirir. "Ölkələrimiz hər şəraitdə birləşməli və bir-birini dəstəkləməlidir. 44 günlük Müharibədə qazanılan qələbə Azərbaycan tarixinin şanlı səhifəsi olmaqla yanaşı, həm də bütün Türk dünyası üçün qürur mənbəyidir. Azərbaycanın qələbəsi Qafqaz regionunda sülh və sabitlik baxımından böyük əhəmiyyət kəsb edir". (Report)

Oxşar xəbərlər