Bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan “Aysor”a müsahibəsində deyib.
Onun sözlərinə görə, ölkədə dramın devalvasiyası müşahidə olunur: “ABŞ dollarının satış qiyməti təxminən 420 dram, avronun satış qiyməti isə 445-ə çatıb. Dramın devalvasiyasının daxili və xarici səbəbləri var”.
Deputat bildirib ki, Ermənistanın sabahı qeyri-müəyyəndir: “Rusiyadan dollar köçürmələri də azalıb. Defolt riski getdikcə artır. Hakimiyyət bu vəziyyətdən çıxmaq istəmir”. (Report)