23.01.2026, 15:18
AZ EN
23.01.2026, 12:09 223

Markus Ritter: Sülh sazişindən sonra Aİ-nin Ermənistandakı missiyasına ehtiyac qalmayacaq

XƏBƏRLƏR
  • Sülh sazişi qüvvəyə mindikdən sonra Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə ehtiyac qalmayacaq.

Bunu Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritter bildirib.

Bununla belə, o qeyd edib ki, missiyanın 2023-cü ildən bəri həyata keçirdiyi fəaliyyətlər gələcəkdə də müəyyən formada davam etdiriləcək.

Ritterin sözlərinə görə, sərhəddə patrul xidməti və hesabatların təqdim olunması ilə paralel olaraq, sərhədyanı icmaların, o cümlədən münaqişədən zərər çəkmiş yaşayış məntəqələrinin ziyarəti də həyata keçiriləcək.

Müşahidə missiyasının rəhbəri vurğulayıb ki, 2025-ci ilin avqustunda Vaşinqton razılaşmalarının imzalanmasından sonra sərhəddə heç bir insident qeydə alınmayıb.

Qeyd edək ki, sözügedən missiyanın tərkibində Aİ-yə üzv 25 ölkə və Kanadanın təmsilçiləri yer alır. (APA)

Oxşar xəbərlər