Bunu daxili işlər naziri Süleyman Soylu İstanbuldakı seçki məntəqələrindən birində səsvermədən sonra bildirib.
"Seçkilərin təhlükəsizliyinin təmin edilməsinə polisin və jandarmanın 601 min nümayəndəsi cəlb olunub. Seçkilərin təhlükəsizliyinin təmin edilməsində təcrübəmiz var və onu indi uğurla həyata keçirəcəyik", - deyə nazir qeyd edib.
Süleyman Soylunun sözlərinə görə, hüquq-mühafizə orqanları seçki məntəqələrində təhlükəsizliyin təmin edilməsi baxımından işlərini Yüksək Seçim Qurumu ilə əlaqələndirir. (AZƏRTAC)