"Hraparak" xəbər verir ki, martın 4-də günorta baş nazir Nikol Paşinyanın əmri ilə Artur Qasparyan Ermənistanın dövlət mühafizəsi xidmətinin rəisi təyin edilib. Agentlik xatırladıb ki, A.Qasparyan buna qədər baş nazirin həyat yoldaşı Anna Hakopyanın baş mühafizəçisi olmaqla yanaşı, həm də ötən il Dvində baş vermiş "salyut" olaylarından sonra işdən çıxarılmış dövlət mühafizəsi xidmətinin rəisi Sarkis Hovhannisyanın vəzifəsini icra edib.
Xatırladaq ki, ötən il Dvində bayram şənliyi zamanı Anna Hakopyanın oğurlanmasına cəhd edilmişdi və o, yalnız mülki şəxslərin müdaxiləsi sayəsində girov götürülməmişdi.
N.Qaramanlı