21.11.2024, 22:24
AZ EN
22.05.2024, 15:59 323

Armen Qriqoryan: Azərbaycanla sülh Ermənistan üçün prioritetdir

XƏBƏRLƏR
  • Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün prioritetdir.

Ermənistan mətbuatı xəbər verir ki, bunu bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O deyib ki, ölkəsi bu istiqamətdəki səylərin tərkib hissəsi olaraq nəqliyyat kommunikasiyalarının açılması üzrə plan hazırlayıb.

Qriqoryanın sözlərinə görə, bu addım bölgənin Avropa və Mərkəzi Asiyaya çıxış imkanlarını asanlaşdıracaq. (APA)

Oxşar xəbərlər