"Hraparak" Ermənistan müdafiə nazirliyinə istinadən xəbər verib ki, martın 4-də Yunanıstanın milli müdafiə naziri Nikolaos Dendiasın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana işgüzar səfərə gələcək.
Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq barədə sənəd imzalanacağını bildirən agentlik əlavə edib ki, Yunanıstan nümayəndələrinin baş nazir Nikol Paşinyanla da görüşü nəzərdə tutulub.