“Araz” supermarketlər şəbəkəsi ilə birgə təşkil olunan yarmarka Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin inzibati binasında keçirilib. Yarmarka çərçivəsində işsiz və işaxtaran şəxslərə satıcı, kassir, satıcı-bişirici, mal qəbul edən və digər vakansiyalar təklif olunub.
Namizədlər vakansiyalara uyğun olaraq qeydiyyatdan keçib, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları, təlim və peşə yönümlü xidmətləri barədə də ətraflı məlumatlandırılıblar.
Bu cür tədbirlər, Böyük Qayıdış prosesinin uğurla reallaşdırılması, azad edilmiş ərazilərdə dayanıqlı məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Tahirə AĞAMİRZƏ