Bu barədə Energetika Nazirliyi xəbər verir.
Məlumata əsasən, 2024-cü illə müqayisədə ölkədə külək elektrik enerjisi istehsalı 118,6 milyon kVt·st (3,3 dəfə), günəş elektrik enerjisi istehsalı 43,5 milyon kVt·st (7,8%) artıb, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda elektrik enerjisi istehsalı isə 10,4 milyon kVt·st (4,5%) azalıb.
Ümumilikdə, 2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 milyon kVt·st artımla 769,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, 2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kVt·st, yəni 0,9% artaraq 28,657 milyard kVt·st olub. (Trend)