16.10.2025, 00:27
AZ EN
29.09.2025, 13:37 228

Nazir müavini: Əvvəllər neft-qazdan toplanmış maliyyə indi yaşıl keçid prosesinə yönəldilir

XƏBƏRLƏR
  • Azərbaycan hökuməti hələ COP29-dan əvvəl yaşıl keçid prosesinə ciddi müdaxilə edib. Əvvəllər neft və qazdan toplanmış maliyyə resursları indi keçid prosesinə yönəldilir.

Bunu II Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə energetika nazirinin müavini Elnur Soltanov deyib.

O bildirib ki, Azərbaycan enerji siyasətində dəyişikliklərlə regionda lider mövqeyə yüksəlib.

"Biz regionun ən böyük günəş elektrik stansiyasını tikirik və 2027-ci ilə qədər 2 giqavat bərpa olunan enerji gücü yaradacağıq"- deyə nazir müavini əlavə edib. (APA)

Oxşar xəbərlər