Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.
O, bu barədə Bakıda keçirilən Avropa İttifaqı -Azərbaycan biznes forumunda danışıb.
"Parkda yaradılacaq yeni iş yerlərinin sayı 1 000-dən çox olacaq. İndiyə qədər 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunun 4-ü son bir ayın payına düşüb. Rezidentlər tam şəkildə lazımi infrastrukturla təmin ediləcək, bundan sonra onlar istehsal müəssisələrinin inşasına başlayacaqlar", - deyə nazirlik rəsmisi qeyd edib. (Report)