"Vətən səsi" xəbər verir ki, bu barədə AİŞ-in icraçı direktoru Ülvi Mansurov dekabrın 21-də Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumundan bildirib. O, “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” mövzusunda danışarkən deyib ki, hazırda AİŞ türk şirkətləri ilə daha üç layihə hazırlayır.
Xatırladaq ki, bu razılaşma "Demirörən Holdinq" in Azərbaycanda həyata keçirdiyi üçüncü investisiya layihəsidir. Bundan əvvəl şirkət "Azərlotereya"nı alaraq Azərbaycana növbəti dəfə investisiya qoymuşdu. İndi isə şirkət azad edilmiş ərazilərdə inestisiya qoyuluşlarına qatılmaq istəyir.
Hələ bu ilin əvvəlində təkcə Kəlbəcər və Laçın rayonlarında 9 yerdə kiçik SES-lərin tililəcəyi elan edilib.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq, Kəlbəcər rayonunda indiyədək 6 yerdə kiçik su elektrik stansiyası yenidən quraraq istismara verib. Belə ki, 2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1”, 2023-cü ildə isə 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik SES-lərinin yenidənqurmadan sonra açılışı olub. Hazırda Kəlbəcər rayonunda 4 yerdə kiçik SES-lərin tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq stansiyaların 2024-cü ildə istismara verilməsi planlaşdırılıb.
Eyni zamanda Laçın rayonu ərazisində kiçik SES-lərin tikintisi ilə bağlı müvafiq işlər görülür.
Elxan SALAHOV