Bu barədə AZCON Holdingin şirkətlərindən olan “Aztelekom” MMC-dən bildirilib.
Qeyd olunub ki, bölgələrdə quraşdırılmış 25OLT (Optik Xətt Terminalı) avadanlığı vasitəsilə GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet bağlantısı yaradılıb.
“Aztelekom” ölkənin rəqəmsal inkişaf strategiyasına uyğun olaraq həm azad edilmiş ərazilərdə, həm də ümumilikdə bütün regionlarda müasir telekommunikasiya infrastrukturunun qurulması istiqamətində ardıcıl fəaliyyət göstərir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı infrastruktur layihələri icra olunur.
“Layihənin 2025-ci il mərhələsində 25 şəhər və rayonlararası magistral xəttin tikintisi nəzərdə tutulmuşdu, bu istiqamətdə işlərin böyük hissəsi artıq yekunlaşıb. Ümumi uzunluğu 1000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgənin davamlı və təhlükəsiz rabitə təminatını gücləndirəcək”, - deyə qurumun məlumatında bildirilib. (AZƏRTAC)