15.01.2026, 02:01
AZ EN
14.01.2026, 21:15 142

Ordubadda Şəhidlər Xiyabanı Abidə Kompleksinin abadlaşdırılması nəzərdə tutulur

QARABAĞ
  • Ölkəmizdə həyata keçirilən uğurlu siyasətin tərkib hissəsi olaraq Ordubad rayonunda da son illər, o cümlədən 2025-ci il ərzində sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində mühüm işlər görülüb.

Ordubad Rayon İcra Hakimiyyətindən bölgə müxbirinə bildirilib ki, xüsusilə Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamı da əsas götürülməklə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 2025-ci ildə Ordubad şəhərinin tarixilik və müasirlik prinsiplərini özündə birləşdirən Baş Planının hazırlanması istiqamətində mühüm addımlar atılıb. Dövlət proqramına uyğun olaraq rayonun bir sıra avtomobil yollarında əsaslı təmir işləri aparılıb.

2025-ci ildə Ordubad şəhərindəki XVII əsr abidəsi olan Cümə məscidinin təmir və yenidənqurma işləri yekunlaşıb. Həmçinin XVIII əsrə aid olan Sərşəhər məscidinin və Ordubad mədrəsəsinin bərpası ilə əlaqədar layihələndirmə işləri başa çatıb. Ordubad şəhərində Şəhidlər Xiyabanı Abidə Kompleksinin layihə-smeta sənədləri yekunlaşıb və abadlaşdırılması nəzərdə tutulur. Hazırda Ordubad şəhərinin mərkəzindəki Ərbabın iş yeri tarixi binasında əsaslı təmir və bərpa işləri davam etdirilir. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR