Görüşün keçirilməsində məqsəd gənclərin sosial, akademik və mədəni inkişafını dəstəkləmək, onların gələcək karyera yollarında uğurlu olmalarına şərait yaratmaqdır.
Ş.Bayramov tədbirdə çıxış edərək gənclərin Azərbaycanın inkişafında mühüm rol oynadığını və universitetin bu istiqamətdə daimi dəstək verdiyini vurğulayıb. Rektor Qarabağ Universitetinin gənc əməkdaşlarına və tələbələrinə təhsil sahəsində yeni imkanlar və proqramlar təqdim ediləcəyini, bunun da gənclərin akademik və peşəkar inkişafına müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.
Sonda tədbirdə iştirak edən gənc əməkdaşlar və tələbələr öz ideyalarını bölüşərək universitetin müxtəlif layihələrində fəal iştirak etməyə hazır olduqlarını bildiriblər.
Tahirə AĞAMİRZƏ