19.10.2024, 18:26
AZ EN
21.11.2023, 13:37 283

Ağdamda tunc dövrünə aid olması ehtimal edilən məişət əşyaları tapılıb

QARABAĞ
  • Ağdam rayonunun Quzanlı qəsəbəsində qədim dövrə aid maddi-mədəniyyət nümunələri, beş ədəd qab və çoxlu saxsı qırıntıları aşkar olunub.

Maddi-mədəniyyət nümunələrini Ağdam şəhərindən məcburi köçkün olan Lalə Abbasova həyətində quyu qazarkən tapıb.

Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov bildirib ki, tapıntıların tunc dövrünə aid olması ehtimal edilir. (AZƏRTAC)

Oxşar xəbərlər