15.01.2026, 05:28
AZ EN
02.01.2026, 13:44 151

Doğma yurda dönüşün sevinci: Kərkicahan sakinləri danışırlar

QARABAĞ
  • Kərkicahan sakinləri 34 ildən sonra doğma yurda qayıdışın sevincini və qürurunu yaşayırlar. Uzun illərdən sonra doğma sakinlərini yenidən qoynuna alan qəsəbədə həyat canlanıb. Burada evlərin bərpası ilə yanaşı, sosial infrastrukturun qurulması istiqamətində də mühüm layihələr həyata keçirilib.

Kərkicahana ilk qayıdan sakinlərdən biri olan Sabir Qasımov təəssüratlarını belə ifadə edib: “Bizim üçün bundan gözəl, şərəfli gün ola bilməz. Biz doğma Kərkicahanımızdayıq. 34 il əvvəl dekabrın 28-də soyuq qış günündə biz qəsəbəni məcbur qalaraq tərk eləmişik. Bu gün şükürlər olsun ki, Prezidentimizin, Ordumuzun sayəsində doğma torpağımıza qayıtmışıq. Elimizdə, obamızdayıq. Bundan gözəl, bundan xoş gün ola bilməz. Ağlaya-ağlaya tərk etdiyimiz yurdumuza gülə-gülə, sevinə-sevinə qayıtmışıq”.

Digər sakin Roza Qasımova isə köçkünlük illərinin çətinliklərindən sonra doğma yurdlarında xoş günlərin başladığını bildirib: “Köçkünlükdə çox çətinliklər çəkmişik. Neçə dəfə yer dəyişmişik. İndi isə öz yurdumuza qayıtmışıq. Kərkicahanda xoşbəxt günlərimiz yenidən başlayır. Prezidentimizə, Ordumuza minnətdaram. Şəhidlərimizin valideynləri qarşısında baş əyirəm. Dövlətimizin bayrağı hər zaman uca olsun. Xalqımız bir daha köçkünlük, yurd həsrəti yaşamasın”.

Qeyd edək ki, Kərkicahan qəsəbəsinə ilkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin qayıdıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR