19.10.2024, 21:19
AZ EN
11.06.2023, 16:38 225

“Laçın” sərhəd nəzarət məntəqəsi bazar günü də adi qaydada fəaliyyət göstərir

QARABAĞ
  • Aprelin 23-də yaradılan “Laçın” sərhəd nəzarət məntəqəsi həftənin 7 günü və 24 saat tam rejimdə fəaliyyət göstərir ki, bu da sərhəd-keçid rejimini xeyli sadələşdirir.

Bunu "Caliber.az"ın əldə etdiyi yeni video kadrlarda görmək olar.

Belə ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.

Yoxlama proseduru qarşılıqlı anlaşma şəraitində aparılır. (Report)

Oxşar xəbərlər